Azərbaycanda ilk dəfə beynəlxalq “Oceanman” üzgüçülük yarışı keçiriləcək – FOTO

8

“Sea Breeze” kurort şəhərinin təsisçisi Emin Ağalarov və “Oceanman Azerbaijan”ın baş direktoru Səbinə Məmmədova Azərbaycanda ilk “Oceanman” mərhələsi olan “Oceanman Azerbaijan Sea Breeze” yarışının keçirilməsinə dair memorandum imzalayıblar.

Denizxeber.az bildirir ki, Gənclər və İdman Nazirliyi, Azərbaycan Üzgüçülük Federasiyası və “Dream Group International”ın dəstəyi ilə keçiriləcək yarışın əsas məqsədi açıq suda üzgüçülüyü inkişaf etdirmək və Azərbaycanı idman turizmi mərkəzi kimi tanıtmaqdır.

2027-ci ilin sentyabrında “Sea Breeze”də baş tutacaq turnir çərçivəsində iştirakçılar 10 km, 5 km, 2 km, eləcə də uşaqlar və komandalar üçün nəzərdə tutulmuş müxtəlif kateqoriyalarda mübarizə aparacaqlar. Hazırlıq çərçivəsində baltikyanı ultramarafonçu Bartolomey Kubkovski və Cəbəllütariq boğazını üzüb keçən ilk azərbaycanlı Boris Nəcəfov “Sea Breeze” sahillərində 10 kilometrlik nümayiş üzgüçülüyü həyata keçirəcəklər.