Aleksey Molçanov Kiprdə dünya rekorduna imza atıb – FOTO

45

Rusiyalı sərbəst dalğıc (fribayder) Aleksey Molçanov monolastla sabit çəki kateqoriyasında yeni dünya rekordu müəyyənləşdirib.

Denizxeber.az bildirir ki, bu barədə Rusiya Sərbəst Dalğıc Federasiyası “Instagram” səhifəsində məlumat yayıb.

Kiprdə keçirilən AIDA dünya çempionatında Molçanov bir nəfəsə 137 metr dərinliyə enərək yenidən suyun səthinə qalxıb. Dalğıcın su altında qalma müddəti 5 dəqiqə 2 saniyə olub. İdmançı ümumilikdə 274 metr şaquli məsafə (137 m enmə və 137 m qalxma) qət edərək özünün 2023-cü ildən bəri qüvvədə olan əvvəlki rekordunu 1 metr təzələyib.

Çempionatın digər nəticələri:

  • Monolastla sabit çəki: 137 m (Qızıl medal & Dünya Rekordu)
  • Ayrı-ayrı üzgəclərlə dalış: 126 m (Qızıl medal)
  • Kəndir boyunca sərbəst eniş: 128 m (Gümüş medal)
  • Üzgəcsiz dalış: 93 m (Gümüş medal)