ADDİB sədri: “Mərhum kapitanın xatirəsi hər zaman hörmətlə anılacaq” – FOTO – VİDEO

344

“Azərbaycan Dənizçilərinə Dəstək” İctimai Birliyinin (ADDİB) sədri İlham Nəsirov Denizxeber.az-a bildirib ki, o, Odessa yaxınlığında hücuma məruz qalan gəminin kapitanı, mərhum Səməd Nəsrullayevin dəfn mərasimində iştirak edib.

İlham Nəsirov qeyd edib ki, mərhum kapitanın əziz xatirəsi dənizçilik ictimaiyyəti tərəfindən dərin ehtiramla anılır və onun ailəsinə, yaxınlarına bir daha başsağlığı verilir.