1-ci dərəcəli kapitan vəfat edib

538

Denizxeber.az bildirir ki, 40 ilə yaxın Hərbi Dəniz Qüvvələrində müxtəlif vəzifələrdə xidmət edən, ehtiyatda olan 1-ci dərəcəli kapitan (polkovnik) Manafov Səttar Qəzənfər oğlu dünyasını dəyişib.

Səttar Manafov Hərbi Dəniz Qüvvələrində xidmət etməklə yanaşı, Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbində kafedra müdiri və Təlim-Tədris Mərkəzinin rəisi vəzifələrində çalışıb. O, həmçinin Birinci Qarabağ müharibəsinin iştirakçısı olub.

Mərhum doğulduğu Neftçala şəhərində dəfn edilib.