Xəzərdə yük axını artır

466

“AZCON Holding” şirkətlərindən olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) gəmi-bərələri ilə avtotexnika (TIR) daşımalarının həcmi cari ilin birinci yarısında ötən ilin eyni dövrü ilə müqayisədə 6 faiz artıb.

Denizxeber.az ASCO-ya istinadən bildirir ki, ötən ilin birinci yarısında gəmi-bərələrlə 486 min 926 ton avtotexnika daşındığı halda, cari ilin müvafiq dövründə bu göstərici 515 min 33 tona çatıb.

Yarım ildə ən yüksək aylıq göstərici isə iyun ayında qeydə alınıb. Həmin ay ərzində 116 min 365 ton avtotexnika daşınıb. Bu da ötən ilin iyun ayında daşınmış 85 min 804 ton ilə müqayisədə 41,4 faiz çoxdur.