Hücuma məruz qalan gəmidən azərbaycanlı heyət xilas edildi – VİDEO

149

Qara dənizdə mülki ticarət gəmilərinə qarşı hücumlar davam edir. Rusiyanın Anapa şəhəri yaxınlığında “Babylon” adlı quru yük gəmisi pilotsuz uçuş aparatının (PUA) hücumuna məruz qalıb.

Denizxeber.az “Qafqazinfo”-ya istinadən bildirir ki, hücum nəticəsində gəmi zədələnsə də, ekipaj üzvləri arasında ölən və ya ağır yaralanan olmayıb. Dənizçilər təhlükəsiz şəkildə təxliyə edilərək yaxın limana çatdırılıblar. Hadisənin hansı tərəfdən törədildiyi barədə hələlik rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, son günlər regionda mülki yük gəmilərinə qarşı dron hücumlarının sayı artıb. Beynəlxalq Dəniz Təşkilatı (IMO) da mülki gəmiçilik üçün təhlükələrin artdığı barədə xəbərdarlıq edib. Bundan bir neçə gün əvvəl Odessa sahillərində analoji hücuma məruz qalan “Atlas Bey” gəmisinin azərbaycanlı kapitanı Səməd Nəsrullayev həlak olmuşdu.

Hazırda “Babylon” gəmisi ilə bağlı araşdırmalar davam edir.