Oman yaxınlığında tanker alovlanıb

114

Oman sahillərində, Hörmüz boğazı yaxınlığında bir gəmidə yanğın baş verib.

Denizxeber.az bildirir ki, bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Mərkəzi məlumat yayıb.

Hadisə Omanın Kumzar yaşayış məntəqəsindən təxminən 8 dəniz mili şimal-qərbdə qeydə alınıb. Yanğının səbəbi hələlik müəyyən edilməyib və araşdırma aparılır.

Mərkəz bölgədə hərəkət edən gəmilərə ehtiyatlı olmağı, həmçinin hər hansı şübhəli fəaliyyət barədə dərhal məlumat verməyi tövsiyə edib.