Gəmi kapitanı öz qərarlarının kommersiya tərəfini də bilməlidir

127

Kapitanın peşəkarlığı yalnız gəminin təhlükəsiz idarə olunması ilə məhdudlaşmır. Onun hər bir qərarı gəminin təhlükəsizliyinə, səfərin səmərəliliyinə və gəmi sahibinin gəlirinə təsir edə bilər.

Denizxeber.az bildirir ki, bu sözləri Bakıda keçirilən “Təhlükəsiz keçid 2026” forumunda “GN Group Corporation”un gəmi brokeri Ahmet Çağrı deyib.

O qeyd edib ki, əsas məqsəd gecikmələr, mübahisələr və maliyyə itkiləri olmadan uğurlu səfər həyata keçirməkdir: “Kapitanın işi yalnız gəmini idarə etmək deyil. Gəmidə qəbul edilən hər bir qərarın həm maliyyə, həm də hüquqi nəticəsi ola bilər. Buna görə də kapitan öz qərarlarının kommersiya tərəfini də bilməlidir. Digər vacib məsələ isə hazırlıq bildirişidir. Bu sənədin düzgün və vaxtında təqdim edilməsi çox önəmlidir. Çünki onun təqdim olunma vaxtı yükləmə və ya boşaltma üçün ayrılan müddətin başlanmasına təsir edir”.