Yaşıl gəmiçilik və ekoloji dayanıqlılıq

120

Dəniz sənayesində karbonsuzlaşdırma hazırda ən çox müzakirə olunan mövzulardan biridir. Təbii ki, karbonsuzlaşdırma kifayət qədər mürəkkəb və çətin prosesdir. Bunun texniki tərəfi ilə yanaşı, qaydalar və tənzimləmələrlə bağlı məsələlər, eləcə də insan amili var.

Denizxeber.az bildirir ki, bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində Dünya Dəniz Universitetinin professoru Aykut Ölçer deyib.

O qeyd edib ki, qısamüddətli dövrdə böyük dəyişikliklərin baş verməsi çətindir və yaxın perspektivdə əsas diqqət enerji səmərəliliyinin artırılmasına yönəlməlidir.

“Azərbaycanın bu sahədəki inkişafını yaxından izləyirik. Xüsusilə Azərbaycan rəqəmsal dövrdə öz mövqeyini formalaşdırıb və inkişafını davam etdirir. Əminəm ki, karbonsuzlaşdırma və yeni texnologiyalar sahəsində də öz inkişaf yolunu uğurla davam etdirəcək”, – deyə professor bildirib.