Beynəlxalq arenada uğur

253

Gürcüstanın Kutaisi şəhərində keçirilən Beynəlxalq Üzgüçülük Çempionatının son günündə Azərbaycan milli komandası uğurlu çıxış edərək 14 medal (5 qızıl, 5 gümüş, 4 bürünc) qazanıb.

Denizxeber.az bildirir ki, silsilə qələbələr qazanan idmançılarımızdan Məryəm Cavadova (200 m qarışıq, 2:31.84), Yeqor Maynitski (200 m qarışıq, 2:07.03), Amin Oruclu (1500 m sərbəst, 16:50.77) və Oqtay Hüseynov (1500 m sərbəst, 16:05.71) fərqli yaş kateqoriyalarında qızıl medallara sahib olublar. M.Cavadova və A.Oruclu eyni zamanda şəxsi rekordlarını yeniləyiblər.

Gümüş medalları komandamıza Məryəm Cavadova (50 m sərbəst və 200 m qarışıq), Abdurrəhman Rüstəmov (50 m sərbəst), Mehri Əbdürəhmanlı (100 m arxasıüstə) və Amin Oruclu (1500 m sərbəst) qazandırıblar. Bürünc mükafatlara isə Mehri Əbdürəhmanlı, Vlastilina Xasyanova, Oqtay Hüseynov və qarışıq 4×100 estafet komandası layiq görülüb.

Qeyd edək ki, 16-19 iyul tarixlərində baş tutan turnirdə Luka Qabrilonun baş məşqçiliyi altında 11 idmançı ilə təmsil olunan milli komandamız yarışı böyük uğurla yekunlaşdırıb.