Kater körpüyə çırpılıb, yaralananlar var

102

Temza çayında hərəkət edən sürət qayığının Vestminster körpüsünə çırpılması nəticəsində London polisinin beş əməkdaşı xəsarət alıb.

Denizxeber.az bildirir ki, polisin məlumatına görə, toqquşma nəticəsində bir neçə əməkdaş suya düşüb, lakin onlar xilas ediliblər.

“The Guardian” qeyd edib ki, zərbə yüksək səslə müşayiət olunub, bundan sonra üç nəfər Temzaya düşüb.

Hadisə yerinə xilasetmə xidmətləri gəlib və zərərçəkmiş polisləri təxliyə edib. Onların vəziyyəti barədə məlumat verilməyib.