ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) hərbçiləri Ərəb dənizində kommersiya gəmisinin göyərtəsinə qalxaraq yoxlama keçiriblər.
Denizxeber.az bildirir ki, Komor adaları bayrağı altında hərəkət edən “Charminar” tankerində aparılan yoxlamadan sonra gəmi öz marşrutu üzrə hərəkətini davam etdirib.
Bundan əlavə, komandanlıq iyulun 24-də Oman körfəzində Mozambik bayrağı altında üzən “Lavine” tankerinin də fəaliyyətinin dayandırıldığını təsdiqləyib.
Məlumatda vurğulanır ki, iyulun 14-də İranla bağlı dəniz blokadasının bərpasından bəri ABŞ hərbçiləri 12 kommersiya gəmisinin istiqamətini dəyişdirib, iki gəmiyə eniş həyata keçirib və daha iki gəmini sıradan çıxarıb.





