Hörmüz boğazında tanker partlayışa məruz qalıb

145

Bazar günü Hörmüz boğazında İranla razılaşdırılmamış marşrutla hərəkət edən neft tankeri minaya düşərək partlayıb.

Denizxeber.az bildirir ki, partlayan tankerin hansı ölkəyə məxsus olduğu hələlik açıqlanmayıb.

Məlum olduğu kimi, regionda vəziyyət iyulun 8-dən etibarən kəskinləşib. ABŞ və İran arasında imzalanan memorandumdan sonra Vaşinqton Hörmüz boğazında ticarət gəmisinə edilən hücuma cavab olaraq İran ərazisindəki bir neçə hədəfə zərbələr endirib.

Bunun ardınca ABŞ Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin başa çatdığını bəyan edib. Tehran isə cavab olaraq ABŞ-nin Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Omandakı hərbi obyektlərinə raket zərbələri endirməyə başlayıb.