ASCO-nun Texniki direktoru vəzifəsindən ayrılıb

855

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Texniki direktoru Rəşad Göyüşov öz ərizəsinə əsasən vəzifəsindən ayrılıb.

Denizxeber.az bildirir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq ASCO-dan bildirilib.

Məlumata əsasən, bununla bağlı səhmdar cəmiyyətin İdarə Heyətinin sədri Əfqan Cəlilov müvafiq əmr imzalayıb. Qeyd edilib ki, R.Göyüşovun ərizəsi nəzərə alınaraq onunla bağlanmış əmək müqaviləsinə xitam verilib.