Dənizdə dalğanın hündürlüyü 2.8 metrə çatır

288

İyulun 27-si saat 13:00-a olan məlumatına əsasən hazırda Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyi əsir.

Denizxeber.az bildirir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, küləyin maksimal sürəti narıncı xəbərdarlığa uyğun olaraq arabir 28 m/s-dək çatır.

Dənizdə dalğanın hündürlüyü 2.8 metrdir.