İyulun 28-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən hərracda 54 nəqliyyat vasitəsi öz alıcısını tapıb.
Denizxeber.az bildirir ki, satılan nəqliyyat vasitələrinin 53-ü Daxili İşlər Nazirliyinin balansında olan avtomobillər olub.
Dövlət Xidmətindən bildirilib ki, nəqliyyat vasitələrinin satışı üzrə növbəti hərraclar avqust ayının 4, 11, 18 və 25-də təşkil olunacaq. Avqust hərraclarına buraxılış illəri 1973–2014-cü illəri əhatə edən ümumilikdə 161 nəqliyyat vasitəsi və avadanlıq çıxarılıb.
Diqqətəkşayan məqamlardan biri də odur ki, avqustun 4-də keçiriləcək hərracda Dövlət Sərhəd Xidmətinə məxsus 1969-cu il buraxılışlı “Point Brower D” markalı (S-104 nömrəli) gəmi də satışa təklif ediləcək. Gəminin start qiyməti 172 500 manat təşkil edir.
Hərracda iştirak şərtləri və satışa çıxarılan əmlakların tam siyahısı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi internet resursu vasitəsilə tanış olmaq mümkündür.





