Misirin Aralıq dənizi sahilində yerləşən Dümyat limanında naməlum pilotsuz uçuş aparatı (PUA) ABŞ şirkətinə məxsus mayeləşdirilmiş təbii qaz (LNG) tankerinə zərbə endirib.
Denizxeber.az-ın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, dəniz təhlükəsizliyi sahəsində ixtisaslaşan “Ambrey” şirkəti dronun “Energos Winter” adlı üzən qaz saxlama və yenidən qazlaşdırma gəmisini vurduğunu bildirib.
Hücum nəticəsində gəmidə başlayan yanğın qısa müddətdə böyüyərək yaxınlıqda dayanan “Gaslog Salem” adlı digər qazdaşıyan gəmiyə də keçib. Əraziyə dərhal cəlb olunan yanğınsöndürmə və qəza-xilasetmə briqadaları sayəsində alov nəzarət altına alınıb və heyət üzvləri təxliyə edilib. Hadisə zamanı xəsarət alan olmayıb.





