Qlobal həmrəylik

110

Hər il iyulun 30-da bütün dünyada Beynəlxalq Dostluq Günü qeyd olunur.

Denizxeber.az bildirir ki, bu təqvim günü Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 65/275 saylı qətnaməsi ilə 2011-ci ildə təsis edilib.

Tarixin təsis olunmasında əsas məqsəd yoxsulluq, zorakılıq, müharibələr və digər qlobal təhdidlərlə üz-üzə qalan müasir dünyada insanları, mədəniyyətləri və ölkələri bir-birinə yaxınlaşdırmaqdır. BMT vurğulayır ki, beynəlxalq sülh və sosial sabitliyi təmin etmək, mövcud çağırışların öhdəsindən uğurla gəlmək üçün dostluq, qarşılıqlı anlaşma və həmrəylik mühüm rol oynayır.