Su Nəqliyyatında Polis İdarəsinin Şəmkir Xətt Polis Məntəqəsinin əməkdaşları Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq və Akvakultura Mərkəzinin mütəxəssisləri ilə birgə Kür çayında reyd keçiriblər.
Denizxeber.az-ın Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinə istinadla verdiyi məlumata görə, birgə tədbirlər zamanı Kür çayında elektrik cərəyanından istifadə etmələ qanunsuz balıq ovlamaqda şübhəli bilinən K.Gülməmmədov saxlanılıb.
Keçirilən baxış zamanı brakonyerdən qanunsuz balıqovlama alətləri, elektrik batareyaları, cərəyanı artıran xüsusi qurğu və sintetik torlar, həmçinin qanunsuz yolla ovlanmış balıqlar aşkarlanaraq maddı sübüt kimi götürülüb.
Faktla bağlı Su Nəqliyyatında Polis İdarəsində araşdırmalar davam etdirilir.





