Baykal gölündə turistləri daşıyan kater batıb – VİDEO

104

Rusiyanın Buryatiya Respublikasının Pribaykalye rayonunda, Qoryaçinsk kəndi yaxınlığında turistlərin olduğu gezdinti kateri anidən aşıb və batmağa başlayıb.

Denizxeber.az bildirir ki, incident gəzinti zamanı baş verib. İlkin ehtimallara görə, katerin sürücüsü kəskin manevr edərkən idarəetməni itirib, nəticədə dəniz/göl nəqliyyat vasitəsi anidən döngəyə daxil ola bilməyərək çevrilib.

İnsident zamanı xoşbəxtlikdən xəsarət alan olmayıb. Göldə köməksiz vəziyyətdə qalan istirahətçilər operativ şəkildə dərhal sahilə çıxarılıblar.

Hazırda aidiyyəti dəniz və su nəqliyyatı müfəttişliyi tərəfindən hadisənin dəqiq səbəbləri araşdırılır və kater operatorunun təhlükəsizlik qaydalarına riayət etməsi yoxlanılır.