Moha limanına hücum

102

Yəməndəki husi qiyamçıları Qırmızı dəniz sahilində yerləşən və Yəmən beynəlxalq səviyyədə tanınmış hökumət qüvvələrinin nəzarətində olan strateji Moha limanına raket zərbələri endiriblər.

Denizxeber.az bildirir ki, hücum faktını Yəmən Silahlı Qüvvələrinin rəsmi nümayəndələri təsdiqləyiblər.

Husilər strateji liman ərazisini hədəf alaraq eyni anda 6 ballistik raket atıblar. Hadisə nəticəsində təhlükəsizlik xidmətinin ən azı 1 əməkdaşı həlak olub, 8 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Zərbələr zamanı Yəmən Hərbi Dəniz Qüvvələrinin 2 dəniz piyadasının itkin düşdüyü bildirilir.

Qırmızı dənizin cənub girişində və Bab əl-Məndəb boğazına yaxın mövqedə yerləşən Moha limanına hücum regionda mülki gəmiçilik və dəniz təhlükəsizliyi risklərini daha da artırır.