Rusiyalı dənizçi bir milyon dollar uddu

253

Rusiyadan olan dənizçi Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində təşkil edilən məşhur “Dubai Duty Free Millennium Millionaire” lotereyasında 1 milyon dollar məbləğində böyük uduşun sahibi olub.

Denizxeber.az bildirir ki, qalib gələn dənizçinin bu uğuru 7 il əvvəl gördüyü qəribə bir yuxu ilə başlayıb. Dənizçi yuxusunda Dubayda keçirilən lotereyada böyük məbləğdə pul udduğunu görüb. Ertəsi gün internetdə axtarış apararaq rəsmi “Dubai Duty Free” lotereyasını tapıb və müntəzəm olaraq bilet almağa başlayıb.

7 illik ardıcıl cəhddən sonra, avqustun 12-də dənizçi Vladivostokda olarkən ona Dubaydan zəng edilərək uduş barədə məlumat verilib. Zəngi ilk anlarda ailəlikcə dələduzluq cəhdi kimi qiymətləndiriblər.

Qalib dənizçi 1 milyon dollarlıq uduşun böyük hissəsini 3 övladının təhsil xərclərinə yönəltməyi və bir hissəsini xeyriyyə işlərinə iyanə etməyi planlaşdırır. Şanslı qalib, həmçinin övladlarının təhsil aldıqları müddətdə rahat yaşamalarını təmin etmək üçün pulun müəyyən hissəsi ilə Dubayda daşınmaz əmlak almağı düşünür.