Bilik və təcrübə maratonunda yekun mərhələ – FOTO

182

Mövsüm boyu davam edən təlimlərin ardından gənc yelkənçilər üçün ən həyəcanlı mərhələyə start verilib. Yay Məktəbinin yekunlarına əsasən, gələcək yarışlarda komandanı təmsil edəcək əsas heyəti müəyyənləşdirmək üçün seçim mərhələsi keçirilir.

Denizxeber.az bildirir ki, İştirakçılar küləyin tutulması, dənizdə manevr etmə, start götürmə və yelkənli qayıqların (xüsusən Optimist və Laser sinifləri üzrə) idarə olunması bacarıqlarını nümayiş etdirirlər.

Məşqçilər korpusu tərəfindən idmançıların dözümlülüyü, reaksiya sürəti, dənizdə baş verən ani şərait dəyişikliklərinə uyğunlaşma və komanda daxilində koordinasiya bacarıqları qiymətləndirilir. Seçim mərhələsini uğurla başa vuran gənclər milli və beynəlxalq miqyaslı reqatalarda, çempionatlarda iştirak edəcək əsas komandanın heyətinə cəlb olunacaqlar.

#ASİNF#yelkən#sailing#yayməktəbi#yaydüşərgəsiAdıyla və dadıyla!