Obyektivin dili ilə dəniz

85

19 Avqust — Dünya Fotoqrafiya Günü

Denizxeber.az ASCO-ya istinadən bildirir ki, dənizçilik daim fotoqrafiya üçün mövzu mənbəyi olub: dənizin sonsuzluğu, gəmilər, dənizçilərin gündəlik həyatı obyektivlərdə tez-tez öz əksini tapır.

ASCO-da foto sənətinə dəstək məqsədilə indiyədək bir sıra layihələr həyata keçirilib. Onlardan biri də “Xəzərim” foto müsabiqəsidir. Müsabiqəyə Azərbaycanın müxtəlif şəhər və rayonlarından 83 fotoqraf 154 foto təqdim edib. Fotoları 4 ölkədən olan peşəkar münsif heyəti qiymətləndirib.

Müsabiqə çərçivəsində “Suraxanı” gəmi-muzeyində sərgi təşkil olunub, fotolardan kataloq hazırlanıb.

Bu gün həmin müsabiqədən seçdiyimiz bəzi fotoları sizinlə paylaşırıq.

ASCO #FotoqrafiyaGünü #dənizçilər