Kritik dayanma

54

İranın neft ixracı mövcud şərtlər, ABŞ-ın sanksiyaları və blokadası fonunda praktiki olaraq tamamilə dayanıb.

Denizxeber.az-ın “Mehr” xəbər agentliyinə istinadla verdiyi məlumata görə, bu barədə İran Mərkəzi Bankının sədri Əbdülnasir Hemmati rəsmi bəyanatla çıxış edib.

Mərkəzi Bankın rəhbəri mövcud xarici təzyiqlər və sanksiya rejimi altında ölkənin neft ixracının faktiki olaraq dayandığını etiraf edib.

Əbdülnasir Hemmati vurğulayıb ki, hökumətin qabaqcıl planlaşdırması sayəsində ölkə kifayət qədər valyuta ehtiyatlarına malikdir və hazırda daxili bazarda hər hansı məhsul və ya mal çatışmazlığı müşahid olunmur.