Professional məktəbin əsası Niyazi ilə qoyulub

102

Avqustun 20-də Azərbaycan milli dirijorluq məktəbinin banisi, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, görkəmli bəstəkar və ictimai xadim Niyazi Tağızadə-Hacıbəyovun doğum günüdür.

Denizxeber.az bildirir ki, bu gün dahi maestronun anadan olmasından 114 il ötür.

Azərbaycan professional dirijorluq məktəbinin təməlinin qoyulması və formalaşması birbaşa Niyazinin adı və zəngin yaradıcılıq fəaliyyəti ilə sıx bağlıdır. O, Azərbaycan bəstəkarlarının bir çox simfonik, musiqili səhnə əsərlərinin, kantata və oratoriyalarının ilk interpretatoru və ifaçısı olaraq musiqi tariximizdə özünəməxsus orijinal üslub yaradıb.

Niyazinin özəməxsus traktirovkasında səslənən bir çox klassik əsərlər, xüsusilə dahi Üzeyir Hacıbəylinin “Koroğlu” operası Azərbaycan musiqisinin qızıl fonduna əbədi həkk olunub.