Bu gün Beynəlxalq Terror Qurbanlarını Anma Günüdür

103

Avqustun 21-i bütün dünyada Beynəlxalq Terror Qurbanlarını Anma və Yadetmə Günü kimi qeyd olunur. Əlamətdar gün terror aktları nəticəsində həyatını itirmiş, xəsarət almış minlərlə günahsız insanın xatirəsini yad etmək, sağ qalanlara dəstək olmaq və onların hüquqlarını müdafiə etmək amacı daşıyır.

Denizxeber.az bildirir ki, bu gün BMT Baş Assambleyasının 19 dekabr 2017-ci il tarixli qətnaməsi ilə təsis edilib. Terror aktlarının ilk dalğası səngidikdən sonra zərərçəkənlər tez-tez diqqətdən kənarda qalır və unudulurlar. Az sayda dövlət qurbanların tam reabilitasiyası, psixoloji və maliyyə bərpası üçün kifayət qədər resursa malikdir.

BMT bildirir ki, terror qurbanlarına dəstək vermək və hüquqlarını qorumaq ilk növbədə üzv dövlətlərin birbaşa öhdəliyidir. BMT Qlobal Əks-Terror Strategiyası çərçivəsində üzv dövlətlərə, mülki cəmiyyət təşkilatlarına və qurbanların assosiasiyalarına texniki kömək göstərir, onların reabilitasiyası üçün şəbəkələrin qurulmasına yardım edir.