Omanın sahil xəttinə yaxın ərazidə tanker naməlum qüvvələrin hücumuna məruz qalıb

61

Böyük Britaniya Oman sahillərində neft tankerinin zədələndiyini açıqlayıb.

Denizxeber.az bildirir ki, Omanın Əş-Şişah şəhərindən 9 dəniz mili şimal-şərqdə baş verən hücum nəticəsində gəminin mühərriki sıradan çıxıb.

Kapitan tankerin naməlum mərmi ilə vurulduğunu və nəticədə gəminin hərəkətsiz qaldığını bildirib. Həmçinin gəminin heyətinin təhlükəsiz olduğu diqqətə çatdırılıb.

Hadisə və gəmi ilə bağlı əlavə məlumat verilməyib.