Azərbaycan Dövlət Dəniz Akademiyası tələbə adı qazanmış bütün gəncləri təbrik edir, onlara gələcək təhsillərində müvəffəqiyyətlər arzulayır!
- Elektron qeydiyyat
Ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlərin qeydiyyatı 28.08.2026 – 08.09.2026 tarixləri arasında (saat 18:00-dək) keçiriləcəkdir.
Qəbul olunan şəxslər qeydiyyat üçün:
- Əvvəlcə mygov ID(vahid giriş sistemi) vasitəsilə my.gov.az portalındakı şəxsi kabinetlərinə daxil olmalıdırlar.
- Daha sonra portalın “Xidmətlər” bölməsinin “Qurumlar” kateqoriyasından Elm və Təhsil Nazirliyini seçməlidirlər.
- Burada təqdim olunan “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalanların qeydiyyatı” xidmətinə keçid edərək qeydiyyatı tamamlamalıdırlar.
⚠️ DİQQƏT!
portal.edu.az saytında qeydiyyatdan keçməyən şəxslər Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən qəbul olunmamış şəxs kimi hesab ediləcək və barəsində qəbul əmri verilməyəcəkdir.
- Sənədlərin təqdim edilməsi
portal.edu.az portalında qeydiyyatdan keçmiş tələbələr 07.09.2026 – 11.09.2026-cı il tarixləri arasında, hər gün saat 09:00-dan 16:00-dək aşağıdakı sənədləri Akademiyanın əsas tədris binasına təqdim etməlidirlər:
- Şəxsiyyət vəsiqəsinin surəti (2 nüsxə);
- Attestatın əsli və surəti;
- Çağırışçı şəhadətnaməsi və ya hərbi biletin əsli və surəti;
- Tibbi arayış (forma 086);
- Narkoloji və psixoloji dispanserdən arayış;
- 8 ədəd 3×4 ölçülü fotoşəkil;
- Ödənişli tələbələr üçün ödəniş haqqında qəbzin surəti;
- İmtiyazlı tələbələr üçün imtiyazlı olduğunu təsdiq edən sənədin notarial qaydada təsdiq olunmuş surəti;
- Yaşayış yerindən arayış.
- Subbakalavrlar üçün əlavə sənədlər
Subbakalavr əsasında qəbul olunan tələbələr yuxarıda göstərilən sənədlərə əlavə olaraq aşağıdakı sənədləri də təqdim etməlidirlər:
– Diplom və diploma əlavənin əsli və surəti;
– İş yerindən arayış;
– Dənizçinin tibbi kitabçasının surəti;
– Hərbi biletin surəti;
Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 18 (Sahil metrosunun yaxınlığında)
Əlavə qeyd
Akademiyada qeydiyyat zamanı əyani təhsilalma forması üzrə qəbul olan tələbələrin geyim forması ölçüləri götürüləcək və yataqxanaya yerləşdirilmə üçün ərizələri qəbul ediləcəkdir.





