8 Noyabr – Zəfər Günü ilə əlaqədar ASCO-nun “Suraxanı” gəmi-muzeyində “Açıq Qapı Günü” olacaq.

35

Həmin gün muzeyə gələn ziyarətçilər gəmiçiliyə aid eksponatlarla yanaşı, Qarabağ Zəfərini əks etdirən müxtəlif interaktivlərlə tanış ola biləcəklər. Həmçinin 360 dərəcəlik ekran vasitəsilə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin çıxışları, xalq, ordu və dövlət birliyini əks etdirən kadrlar, eləcə də işğaldan azad olunmuş ərazilərimizdə aparılan quruculuq işləri nümayiş olunacaq.

Hər birinizi Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış Zəfər Günündə muzeyimizdə gözləyirik.

Qeyd edək ki, tanker-muzeyin ekspozisiya bölməsi saat 10:00-dan 18:00-dək fəaliyyət göstərəcək.

Bayıl, Su İdmanı Sarayının yaxınlığı

#ZəfərGünü #AçıqQapı #ASCO #SurakhanıShipMuseum