“Viki şəhər” layihəsi çərçivəsində keçirilən beynəlxalq düşərgənin iştirakçıları avarçəkmə bazası ilə tanış olublar
Denizxeber.az bildirir ki, 12-16 avqust tarixlərində Gənclər və İdman Nazirliyinin dəstəyi, “Vikimedia Azərbaycan” istifadəçi qrupunun təşkilatçılığı ilə Mingəçevirdə vikipediyanın 25 illik yubileyinə həsr olunmuş “Viki şəhər” layihəsi çərçivəsində “Viki Mingəçeviri sevir” beynəlxalq düşərgəsi keçirilib.
Düşərgə çərçivəsində Azərbaycanla yanaşı Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstandan olan Viki-icmalarının fəal nümayəndələrinin iştirakı ilə zəngin təlim və təcrübə mübadiləsi panelləri baş tutub.
Düşərgədə iştirak edən qonaqlar üçün kanoe və avarçəkmə bazası ilə tanışlıq, praktiki kayak sürüşləri, habelə müxtəlif intellektual yarışlar təşkil olunub.
#ASİNF#avarçəkmə#Gənclərİdman#AZEYouth
Gənclər və İdman NazirliyiAzərbaycanca Vikipediya










