Gəminin “ürəyi” – Maşın şöbəsi

118

Gəminin göyərtəsində hər şey sakit və nizamlı görünə bilər. Lakin gəminin aşağı hissəsində – maşın şöbəsində tamam başqa bir dünya var.

Burada mühərriklərin gücü, çoxsaylı mexanizm və sistemlərin fasiləsiz fəaliyyəti, ən əsası isə mexaniklərin bilik və peşəkarlığı bir araya gələrək gəminin təhlükəsiz və etibarlı hərəkətini təmin edir.

“Bələdçidən soruş” rubrikasının yeni buraxılışında sizi gəminin ən maraqlı və texniki baxımdan ən mühüm məkanlarından birinə – maşın şöbəsinə aparırıq.

Üstəlik, virtual reallıq eynəyi vasitəsilə keçmişə qısa səyahət edərək, illər əvvəl burada çalışan mexaniklərin iş şəraiti ilə tanış olacağıq.

Gəminin maşın şöbəsini yaxından görmək, onun iş prinsipləri ilə tanış olmaq və eyni zamanda dənizçilik tariximizə səyahət etmək üçün sizi “Suraxanı” gəmi-muzeyinə dəvət edirik. ⚓️#ASCO #Suraxanı #BələdçidənSoruş #MaşınŞöbəsi #GəmiMuzeyi #Dənizçilik