Qara dənizdə, Türkiyənin Kastamonu vilayəti sahillərində “Svetoslava” adlı quru yük gəmisinin batma təhlükəsi ilə üzləşdiyi bildirilir.
Denizxeber.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Kastamonunun Doğanyurt rayonu sahillərində baş verib. Məlumata görə, göyərtəsində Azərbaycan vətəndaşlarının da olduğu 13 nəfərlik ekipaj gəmidə yaranmış təhlükə səbəbindən təxliyə edilib. Türkiyə Sahil Mühafizəsi qüvvələrinin hadisəyə operativ müdaxiləsi nəticəsində bütün ekipaj üzvləri təhlükəsiz şəkildə xilas olunub. İlkin məlumata əsasən, xilas edilənlər arasında xəsarət alan olmayıb. Hadisənin səbəbləri və gəminin hazırkı vəziyyəti ilə bağlı əlavə məlumat verilməyib.





