Rusiya Silahlı Qüvvələri Ukraynanın cənubunda yerləşən Nikolayev və İzmayıl şəhərlərindəki liman infrastrukturuna kütləvi zərbələr endirib. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, hücumlar avqustun 28-dən 29-na keçən gecə həyata keçirilib.
Denizxeber.az bildirir ki, Nikolayev limanında dəniz yükaşırma terminalı, logistika mərkəzləri, hərbi təyinatlı anbarlar və yanacaq çənləri vurulub. Dunay çayı sahilində yerləşən İzmayıl limanında isə yanacaqdaşıyan avtomobillərin dayanacağı və yanacaq boşaldılan sahələr hədəf alınıb. Bundan əlavə, Kiyevdəki bəzi logistika mərkəzlərinə də zərbələr endirildiyi qeyd olunur.





