Quru yük gəmisi dron zərbəsi ilə batırıldı – YENİLƏNDİ – VİDEO

81

Dominikan Respublikasının bayrağı altında üzən “Katriona Alliance” Ltd şirkətinə məxsus olan “Progress IV” adlı quru yük gəmisi Rumıniya Sulina limanından – Türkiyə Tekirdağ limani istiqamətinə doğru gedərkən dron hüçümüna məruz qalıb .Şiddətli yanğından sonra gəmi batıb..

Denizxeber.az bildirir ki, bu barədə “Azərbaycan Dənizçilərinə Dəstək” İctimai Birliyinin sədri İlham Nəsirov sosial şəbəkədə məlumat verib. Göyərtəsində 4 Azərbaycan və 8 Ukrayna vətandaşı olub .

Ümumi 12 nəfərdən ibarət heyət üzvləri hamısı Sahil mühafizə gəmisi tərəfindən hilas olunub.

Allah dənizçilərimizi qorusun

Riskli bölgələrdə işləməkdən çəkinin

“Ən böyük qazanc ailənizin yanına sağ-salamat qayıtmaqdır. Verdiyiniz hər qərarı bu düşüncə ilə qəbul edin.”