Tropik qasırğa yaxınlaşır

40

Atlantik okeanının Meksika körfəzi akvatoriyasının şərq hissəsində “Eduard” tropik qasırğası sürətlə formalaşaraq ABŞ sahillərinə tərəf ilerləyir.

Denizxeber.az bildirir ki, bu barədə ABŞ Milli Qasırğa Müşahidə Mərkəzi (NHC) rəsmi xəbərdarlıq yayıb.

“Eduard” qasırğası hazırda Luiziana ştatının Kameron şəhərindən təxminən 45 kilometr, Texas ştatının neft emalı məsələlərində strateji mərkəz sayılan Port-Artur şəhərindən isə 80 kilometr məsafədə yerləşir. Təbii fəlakət ocağı saatda təxminən 13 kilometr sürətlə şimal-qərb istiqamətində — materik sahillərinə doğru ilerləyir. Qasırğa zonasında küləyin maksimal sabit sürəti saniyədə təxminən 23 metrə (saatda 83 km/saat) çatır. Ekspertlər körfəzdəki dəniz daşımaları və neft platformaları üçün potensial risklər barədə xəbərdarlıq edirlər.