Hava ilə bağlı xəbərdarlıq

369

Dövlət Dəniz və Liman Agentliyinin İctimaiyyətlə əlaqələr xidmətinin məlumatı.

Dövlət #Dəniz və #Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edir.

Xəbərdarlığa əsasən, sentyabrın 7-i səhər saatlarından Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb və şimal küləyi sentyabrın 8-i səhərədək davam edəcək. Həmin günlər ərzində şimal-qərb və şimal küləyinin 18-23 m/s, arabir 25-30 m/s, açıq dənizdə isə 32 m/s-dək güclənəcəyi gözlənilir.Dalğanın hündürlüyünün 2.0-3.0 m, sonrakı inkişafda isə 4.0-6.0 m. çatacağı proqnozlaşdırılır.

#DDLA#Dəniz#Liman#hava#külək