8 sentyabr 2026-cı il tarixində Türkmənistanın “Balkan” Gəmiqayırma və Gəmi Təmiri Zavodunun və Türkmənistanın Azərbaycandakı Səfirliyinin nümayəndələrindən ibarət heyət Bakı Gəmiqayırma Zavoduna səfər edib.
Denizxeber.az bildirir ki, səfər çərçivəsində nümayəndə heyəti Zavodun rəhbərliyi ilə görüşüb. Görüş zamanı tərəflərin fəaliyyəti, gəmiqayırma və gəmi təmiri imkanları, cari layihələr, eləcə də gələcək əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Daha sonra qonaqlar Zavodun istehsalat sahəsini gəzərək infrastruktur, texniki imkanlar və davam edən işlərlə yaxından tanış olublar.
Səfər Azərbaycan və Türkmənistan arasında gəmiqayırma sahəsində əməkdaşlığın inkişaf etdirilməsi baxımından faydalı müzakirələrlə yadda qalıb.







