Qətərdən təxminən 82 min metrik ton mayeləşdirilmiş təbii qaz (LNG) daşıyan yük gəmisi Hörmüz boğazından keçdikdən sonra Pakistana çatıb.
Denizxeber.az bildirir ki, Qətərin Ras Laffan terminalından yola düşən “Əl Marrouna” LNG gəmisi sentyabrın 7-də Hörmüz boğazından keçib və sentyabrın 10-da Karaçidəki Qassim limanına lövbər salıb. Yük gəmisi Pakistana 81 min 936 metrik ton LNG çatdırıb.
Bu, iyul ayından bəri Pakistana Qətər mənşəli ilk LNG çatdırılmasıdır.
Pakistan Hörmüz boğazından keçən son LNG partiyasını bu il iyulun 11-də qəbul edib.





