Xəzər dənizi akvatoriyasında içərisində insanların olduğu qayıq aşıb.
Denizxeber.az bildirir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Dağıstan üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.
Qurumun məlumatına əsasən, hadisə oktyabrın 20-də Sulak qəsəbəsində, eyniadlı çayın mənsəbindən cənub-şərqdə qeydə alınıb. İlkin ehtimallara görə, iki nəfər itkin düşüb. Xəbərdə bildirilir ki, hazırda hadisə yerində axtarış-xilasetmə tədbirləri həyata keçirilir. Əməliyyatlara nazirliyin 28 əməkdaşı və 12 xüsusi texnikası cəlb olunub. Hadisənin bütün təfərrüatları araşdırılır.





