ASCO-nun gəmi-bərələri ilə sərnişin daşımalarında artım qeydə alınıb

14

AZCON Holding şirkətlərindən olan ASCO-nun gəmi-bərələri ilə 2026-cı ilin yanvar–sentyabr ayları ərzində 21 939 nəfər sərnişin daşınıb.

Denizxeber.az ASCO-ya istinadən xəbər verir ki, bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 14% artım deməkdir. Belə ki, 2025-ci ilin yanvar–sentyabr aylarında daşınan sərnişinlərin sayı 19 289 nəfər olub.

Bu ilin sentyabr ayı üzrə sərnişin daşınması isə keçən ilin eyni dövrü ilə müqayisədə 40% artıb. Ötən ay ASCO-nun gəmi-bərələri ilə 2 907 nəfər sərnişin daşınıb. 2025-ci ilin sentyabrında bu rəqəm 2 076 olub.