“Bakı Metropoliteni” QSC-də yeni kadr təyinatı olub

15

Denizxeber.az bildirir ki, Zaur Nağıyev qurumun İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin edilib.

Zaur Nağıyev Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə İdarə Heyəti sədrinin müavini təyin olunub.

1982-ci il təvəllüdlü Z.Nağıyev Bakı Dövlət Universitetində hüquqşünaslıq, ADA Universiteti və Maastrixt İdarəçilik Məktəbinin birgə proqramında isə biznesin idarə edilməsi üzrə təhsil alıb. Müxtəlif illərdə BMT təşkilatlarında, SOCAR-da və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də çalışıb. 2022-ci ildən sonuncu qurumun İdarə Heyəti sədrinin müavini olub.