Şri-Lankada “Arnab” siklonu ilə əlaqədar qırmızı xəbərdarlıq elan olunub

10

Şri-Lankada Benqal körfəzində güclənən “Arnab” siklonu ilə əlaqədar qırmızı xəbərdarlıq elan edilib.

Denizxeber.az bildirir ki, bu barədə Şri-Lankanın Meteorologiya Departamenti məlumat yayıb. Bildirilib ki, güclü külək və leysan yağışları ölkənin bir sıra bölgələrində təhlükəli hava şəraiti yaradıb. Xəbərdarlığa əsasən, dənizdə küləyin sürəti saatda 80-100 kilometrə, dalğaların hündürlüyü isə 3-4 metrə çatacaq. Balıqçıların və gəmilərin təhlükəli sulardan uzaq durması tövsiyə olunub.

Siklonun yaxın günlərdə daha da güclənəcəyi proqnozlaşdırılır.

Qeyd edək ki, Şri-Lankanın bir sıra əyalətlərində güclü yağışlar, torpaq sürüşməsi və daşqın təhlükəsi ilə bağlı xəbərdarlıqlar da verilib.