Yaponiya Fukuşima Daiçi Atom Elektrik Stansiyasından radioaktiv tritium ehtiva edən suların okeana axıdılmasının 25-ci mərhələsinə başlayıb.
Denizxeber.az bildirir ki, “Tokyo Electric Power Company Holdings” (TEPCO) şirkətinin məlumatına görə, bu mərhələdə təxminən 1,4 trilyon bekkerel radioaktiv tritium ehtiva edən 7800 ton suyun okeana buraxılması nəzərdə tutulur. Prosesin noyabrın 13-dək davam etməsi planlaşdırılır.
Yaponiya 2023-cü ilin avqustundan indiyədək 24 mərhələ üzrə okeana ümumilikdə 188 min 400 ton çirkab su axıdıb.




