“Keyfiyyət: performansın artırılması” mövzusunda tədbir keçirilib – FOTO

21

AZCON Holding-də Ümumdünya Keyfiyyət Həftəsi çərçivəsində “Keyfiyyət: performansın artırılması” mövzusunda tədbir keçirilib.

Denizxeber.az bildirir ki, holdinq və şirkətlərinin keyfiyyətin idarə edilməsi sahəsində çalışan əməkdaşlarının bir araya gəldiyi görüş zamanı keyfiyyətin idarə edilməsində müasir yanaşmalar, proseslərin səmərəliliyinin artırılması və davamlı təkmilləşdirmə imkanları müzakirə olunub.

Tədbirin əsas məqsədi müəssisələr arasında təcrübə mübadiləsini təşviq etmək, keyfiyyət sahəsində əməkdaşlığı gücləndirmək və davamlı təkmilləşdirmə mədəniyyətinin inkişafına töhfə vermək olub.