Azərbaycanda səfərdə olan Yunanıstan Respublikasının Dəniz İşləri və Adalar Siyasəti Nazirliyinin Sahil Mühafizəsi Baş Qərargahının nümayəndə heyəti “Suraxanı” gəmi-muzeyində olub.
Denizxeber.az bildirir ki, dünyanın ilk tanker-muzeyini ziyarət zamanı qonaqlar gəminin ekspozisiya zalları ilə yaxından tanış olublar. Onlara burada nümayiş etdirilən tarixi eksponatlar, eləcə də muzeydə tətbiq olunan müasir multimedia və audiovizual sistemlər barədə ətraflı məlumat verilib.
Ekskursiya çərçivəsində muzeyin bələdçiləri qonaqlara Azərbaycanın zəngin dənizçilik tarixi və ənənələri, Xəzər hövzəsində fəaliyyət göstərən ən qədim gəmiçilik şirkəti olan ASCO-nun fəaliyyəti haqqında məlumat təqdim ediblər.
Nümayəndə heyətinin rəhbəri, Okean Gəmiçiliyi İdarəsinin direktoru Andreas Spanos “Fəxri qonaqlar” kitabında xoş təəssüratlarını bölüşərək, ziyarətin təşkilinə görə təşəkkürünü bildirib.













