Norveçin “Equinor” şirkəti Almaniyaya 2044-cü ilin sonunadək təbii qaz tədarük edəcək

38

Norveçin “Equinor” enerji şirkəti Almaniyanın VNG şirkəti ilə 2044-cü ilin sonunadək təbii qaz tədarükünə dair uzunmüddətli müqavilə bağlayıb.

Denizxeber.az bildirir ki, bu barədə “Equinor”un mətbuat xidmətinin məlumatında bildirilib.

“Equinor” 2044-cü ilin sonunadək Almaniyanın VNG şirkətinə təbii qaz tədarük edəcək. 18 illik müqavilə Equinor və Qərbi Almaniya şirkətləri konsorsiumu arasındakı 1986-cı il sazişindən sonra ən uzunmüddətli müqavilə olacaq”, – məlumatda qeyd olunub.

Tədarük 2027-ci il yanvarın 1-də başlayacaq, qaz “Trading Hub Europe”a çatdırılacaq. Müqavilə çərçivəsində Norveç şirkəti Almaniyanın Saksoniya federal əyalətindən olan idxalçıya 1,4 milyard kubmetrə qədər təbii qaz tədarük edəcək.

Müqaviləni “Equinor”un rəhbəri Anders Opedal və VNG AG-nin baş direktoru Ulf Haytmyuller imzalayıblar.