İran Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlıları ABŞ hərbçilərinin ələ keçirdiyi iki tankeri geri qaytarıb

21

İranın Hərbi Dəniz Qüvvələrinin məxsus xüsusi təyinatlı dəstələr ABŞ hərbçiləri tərəfindən ələ keçirilmiş iki tankeri geri qaytarıblar.

Denizxeber.az “Fars” agentliyinə istinadən xəbər verir ki, bu barədə İslam Respublikasının Hərbi Dəniz Qüvvələrinin komandanı Şəhram İrani məlumat verib.

“ABŞ ordusu İrana məxsus iki tankeri oğurlamışdı, lakin Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlıları amerikalılar yatarkən gəmilərə daxil olaraq onları geri qaytardılar”, – deyə komandan bildirib.

Ş.İraninin sözlərinə görə, ABŞ hərbçiləri Hörmüz boğazından keçən gəmilərin müşayiəti üçün tanker sahiblərindən vəsait tələb edirlər.

“Gəmilər hücuma məruz qaldığı təqdirdə isə ABŞ məsuliyyəti öz üzərinə götürmür və ödənilmiş pulları geri qaytarmır”, – deyə o vurğulayıb.