Honqkonqda sərnişin bərəsi üzən dokla toqquşub: 22 nəfər yaralanıb

25

Honqkonqda Tsinyi neft anbarı ərazisində yüksəksürətli sərnişin bərəsi üzən dokla toqquşub, nəticədə 22 nəfər yaralanıb.

Denizxeber.az bildirir ki, bu barədə Honqkonq polisinə istinadən SCMP nəşri məlumat yayıb.

Onlardan dördü ağır vəziyyətdədir.

Mənbə bildirib ki, bərənin kapitanı gəmiyə nəzarəti itirib. Göyərtədə 40 sərnişin və 20 heyət üzvü olub.

Hadisə yerinə 15 təcili yardım maşını cəlb olunub.