İran tankerində partlayış baş verib

286

İran Milli Neft Şirkətinə məxsus “Sinopa” tankerində partlayış olub.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə tankerin Səudiyyə Ərəbistanının Ciddə limanının yaxınlığından keçdiyi zaman baş verib.  

Partlayışdan sonra tankerdəki neft Qırmızı dənizə sızıb. 

İranın İSNA agentliyinin məlumatına görə, neft tankerində meydana gələn partlayış terror aktı ola bilər.